Bayden SZ infrastrukturunu sürətləndirməyi hədəfləyən fərman imzalayıb

2025/01/2025--1736939410.jpg
Oxunub: 495     16:08     15 Yanvar 2025    
ABŞ prezidenti Co Bayden qabaqcıl Süni Zəka (SZ) layihələri üçün lazım olan infrastrukturun tez və geniş miqyasda qurulması üçün federal ərazilərin icarəyə verilməsi haqqında fərman imzalayıb.

Ordu.az xəbər verir ki, Ağ Ev Baydenin SZ tədqiqatlarını sürətləndirmək üçün imzaladığı fərmanla bağlı açıqlama verib.

Açıqlamada deyilir ki, fərman qabaqcıl SZ layihələri üçün tələb olunan infrastrukturun sürətlə və geniş miqyasda qurulmasına imkan verəcək.

Fərmanda həmçinin qeyd edilib ki, Müdafiə və Energetika Nazirliyi SZ infrastrukturunun sürətlə yaradıla biləcəyi federal əraziləri özəl sektora icarəyə vermək üçün istiqamətləndirəcək və bununla da təmiz enerjiyə keçidi sürətləndirəcək.

Digər tərəfdən, açıqlamada qeyd olunub ki, SZ infrastrukturunun yaradılması milli təhlükəsizliyi və rəqabəti artırmalı, eyni zamanda təmiz enerji və aşağı istehlak qiymətlərini dəstəkləməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   ABŞ   SZ  


Bizi "telegram"da izləyin