“Kaspersky” Avropa Komissiyasının təşəbbüsü olan SZ Paktını imzalayıb

2025/01/1736939325.jpg
Oxunub: 431     21:37     15 Yanvar 2025    
“Kaspersky” şirkəti Avropa İttifaqı (Aİ) tərəfindən qəbul edilmiş Süni Zəka (SZ) Qanununun həyata keçirilməsi üçün qurumları hazırlamaq məqsədi daşıyan, Avropa Komissiyasının təşəbbüsü olan SZ Paktını imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

Açıqlamaya görə, Aİ SZ Qanunu SZ texnologiyalarının təhlükəsizlik və etik prinsiplərə uyğun olmasını təmin edərək və SZ ilə bağlı riskləri aradan qaldıraraq, Avropa regionunda və ondan kənarda etibarlı SZ-ni təşviq etməyi hədəfləyir.

Ötən il qüvvəyə minən SZ Qanunu 2026-cı ilin ortalarında tam qüvvəyə minəcək.

SZ Paktı təşkilatları SZ Qanununun əsas müddəalarını həyata keçirmək üçün fəal işləməyə dəvət etməklə, yeni tənzimləməyə keçidi asanlaşdırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kaspersky   Avropa   SZ  


Bizi "telegram"da izləyin