Ordu.az xəbər verir ki, milli və yerli olaraq “Fergani Uzay” tərəfindən inkişaf etdirilən və özəl bir şirkət tərəfindən istehsal edilən Türkiyənin ən böyük peyki “FGN-100-d1” 2025-ci il yanvarın 14-də kosmosa buraxılıb.
ABŞ-ın Vandenberq Kosmik Qüvvələri bazasından orbitə buraxılan peyk orbitə uğurla daxil olub.
“Rideshare” Proqramı çərçivəsində” Transporter-12” missiyası ilə kosmosa daşınan 102 kq çəkiyə malik “FGN-100-d1” buraxılışdan təxminən 62 dəqiqə sonra orbitə yerləşib və telemetriya məlumatlarını ötürərək missiyaya başlayıb. Beləliklə, “Fergani Uzay” tərəfindən həyata keçirilən Bürc Layihəsinin ilk addımı uğurla atılıb.
“FGN-100-d1”in buraxılış prosesini “Fergani Uzay”ın Baş direktoru Selçuk Bayraktar və komandası Özdemir Bayraktar Milli Texnologiya Mərkəzindən izləyib.
Bayraktar peyk missiyasına başladıqdan sonra bildirib:
“2022-ci ildə başlatdığımız “Fergani Uzay” təşəbbüsümüz bu gün 106 nəfərlik nəhəng bir ailə olaraq səyahətini davam etdirir. Bu gün biz ilk peykimizi orbitə çıxardıq. Bu peyklər aşağı orbit bürcləri adlanan bürclər kimi xidmət edəcək və həm yerləşdirmə, həm də rabitə üzrə xidmətlər göstərəcək. Biz bu layihəni tamamilə öz imkanlarımız hesabına həyata keçirmişik. Peykimiz indi 500 kilometrdəki orbitinə çatıb və ilk manevrlərini həyata keçirib”.
Sevinc Əliyeva
Ordu.az