“Kara Atmaca” hədəfi vurdu: 400 km mənzil

2025/01/1736934009.jpg
Oxunub: 659     13:50     15 Yanvar 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün “Kara Atmaca” raketinin KTJ-3700 turboreaktiv mühərriki ilə 400 km məsafədəki hədəfi vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Müdafiə Sənayesi 2024-cü il Qiymətləndirməsi və 2025-ci il Hədəfləri Mətbuat Görüşündə açıqlama verən Görgün “Kara Atmaca” raketinin sınaq atışı ilə bağlı açıqlamalar verib.

Milli imkanlarla inkişaf etdirilən “Kara Atmaca” “yer-yer” qanadlı raketi avqust ayında həyata keçirilən “uzun mənzil atışlı sınaq fəaliyyəti” zamanı rekord müddətdə uçaraq, hədəfini vurub.

Görgün “Kara Atmaca”nın bu uçuşda yerli istehsal olan KTJ-3700 mühərrikindən istifadə edərək, 400 kilometr mənzilə çatdığını açıqlayıb.

Qeyd edək ki, Türkiyə Quru Qoşunları Komandanlığını uzun mənzilli dəqiq zərbə qabiliyyəti ilə təmin edəcək “Kara Atmaca”nın inkişaf etdirilməsi üçün müqavilə Türkiyə MSK ilə ROKETSAN arasında 2021-ci il avqustun 18-də imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kara-Atmaca   Türkiyə  


Bizi "telegram"da izləyin