Türkiyə Jandarma Baş Komandanlığına “Gökbey”in üçüncü tədarükü həyata keçirilib

2025/01/2025--1736933964.jpg
Oxunub: 541     13:38     15 Yanvar 2025    
Jandarma Baş Komandanlığı Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla istehsal edilən üçüncü “Gökbey” ümumi məqsədli helikopterinin təhvil alındığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Jandarma Baş Komandanlığının bu yeni tədarüklə bağlı sosial media hesabında etdiyi paylaşımda bildirilib.

“Ailəmiz böyüyür, qürurumuz artır, 3-cü “Gökbey”imiz bizə qoşuldu. Jandarma Baş Komandanlığı inventarında yerini alacaq 3-cü “Gökbey”imizin təhvil alınma prosesi tamamlandı. İstehsalçı ölkəmizin simvolu, qürurumuz olan “Gökbey”lərimizlə daha güclüyük! Vətənimizə, millətimizə, Jandarma Aviasiya Komandanlığına xeyirli, uğurlu olsun!”, - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, “Gökbey” proqramı çərçivəsində iki mühərrikli, 6 ton sinfinə məxsus mülki və hərbi yüngül ümumi məqsədli helikopterlər TUSAŞ tərəfindən yerli imkanlarla dizayn edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Gökbey  


Bizi "telegram"da izləyin