Türkiyə Qambiyaya daha çox “Cobra I” zirehli vasitəsi bağışlayır

2025/01/2025--1736933794.jpg
Oxunub: 587     14:33     15 Yanvar 2025    
Türkiyə Qambiyaya daha çox “Cobra I” zirehli vasitəsi bağışlayır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Banculdakı səfirliyinin rəsmi “Facebook” hesabında yer alan paylaşıma görə, Türkiyə Qambiya ordusuna daha çox zirehli vasitə bağışlayır.

Hərbi məktəbi ziyarət edən Baş Qərargahın Maddi-Texniki Təminat İdarəsinin rəisi general-mayor Fethi Oltulu və onu müşayiət edən Türkiyə nümayəndə heyəti Qambiya Silahlı Qüvvələrinə hədiyyə olunacaq vasitələrin təhvil verilmə mərasimində iştirak edəcək.

Hərbi Maliyyə Əməkdaşlığı Sazişi çərçivəsində “Otokar” istehsalı olan 17 ədəd “Cobra I” zirehli vasitəsi təhvil veriləcək. Ötən dövrdə Türkiyədən Qambiyaya zirehli vasitələr hədiyyə edilib və sözügedən vasitələr təlimlərdə görüntülənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Qambiya  


Bizi "telegram"da izləyin