DASAL tərəfindən inkişaf etdirilən PUHU missiyaya hazırdır - VİDEO
Oxunub: 639
14:14
15 Yanvar 2025
Orijinal dizaynları ilə Türkiyənin milli brendi olan DASAL kvadrokopter tipli yük Pilotsuz Uçuş Aparatı (PUA) sistemi PUHU-C75-in missiyaya hazır olduğunu açıqlayıb.
Ordu.az xəbər verir ki, DASAL müvafiq inkişafı sosial media hesablarında etdiyi paylaşımlarda qeyd edib.
“PUHU missiyaya hazırdır! Çox tezliklə”, - deyə paylaşımlarda bildirilib.
PUHU-nun ilkin qəbulunu həyata keçirən şirkət PUA-nı inventara əlavə etməyə hazırlaşır.
PUHU-C75 uzun mənzilli, yüksək üfüqi sürəti, modulyar quruluşu və 75 kq yük daşıma qabiliyyəti ilə qabaqcıl kvadrokopter tipli yük PUA-sı sistemidir.