Ordu.az xəbər verir ki, “Piaggio”nun təyyarə aerodinamikası və hərəkət sistemləri sahəsində təcrübəsini “Baykar” texnologiyaları ilə birləşdirərək, çoxyönlü platformalar hazırlamaq hədəflənir.
“Leonardo Helicopters”, “Piaggio Aero” və “Meritor” kimi şirkətlərdə çalışmış yüksək səviyyəli aviasiya mütəxəssisi Alfredo Nocera “Baykar”ın İtaliyanın aviasiya nəhəngi “Piaggio Aerospace”i satın almasının sənayeyə necə təsir edəcəyini qiymətləndirib.
Nocera bildirib ki, bu strateji birləşmə iki şirkətə öz təcrübələrini birləşdirərək, qabaqcıl texnologiyalarda yeni uğurlar əldə etməyə imkan verəcək.
“Baykar”ın “Piaggio Aerospace” şirkətini almasına İtaliya dövlət rəsmilərinin “yaşıl işıq” yandırması mediada geniş yer almasına səbəb olub və böyük diqqət çəkib. Texnoloji inkişafın və innovasiyanın böyük əhəmiyyət kəsb etdiyi bir sektorda strateji satınalmalar çox vaxt daha böyük və daha iddialı hədəflərə çatmaq üçün bir addım rolunu oynayır. PUA-ları ilə tanınan Türkiyənin müdafiə şirkəti “Baykar” bir neçə əlavə rəsmiləşdirmədən sonra İtaliyan Rivierasında yerləşən, təyyarə və hərəkət sistemləri ilə məşhur olan aviasiya şirkəti “Piaggio Aerospace”in satın alınmasını tamamlamağa hazırlaşır. Bu satınalma hər iki şirkətə kritik texnologiya təcrübələrindən istifadə etməyə və qlobal bazar imkanlarını ələ keçirməyə imkan verəcək bir irəliləyiş olmaq potensialına malikdir”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az