Ordu.az xəbər verir ki, ötən il iki müdafiə sənayesi şirkəti birjaya çıxıb, bu şirkətlərin səhm bazarına çıxdıqdan sonra investorları üçün qazanc əldə etdiyi müşahidə edilib.
“Altınay Savunma Teknolojileri” şirkətinin səhmləri ötən il 133,5 faiz dəyər qazanıb. “Altınay Savunma Teknolojileri” 2024-cü il mayın 16-da birjada ticarətə başlayıb.
Müdafiə və sənaye sektorunun lokomotivi olan ASELSAN da ötən il investorlarına 61,5 faiz dəyər qazandırıb.
ASELSAN inkişaf etdirdiyi yerli və milli rabitə sistemləri ilə həm ölkənin, həm də təhlükəsizlik qüvvələrinin kommunikasiya infrastrukturunun qorunmasında mühüm rol oynayır.
Şirkət Avropa İttifaqında yerləşən müştəri ilə quru silah sistemlərinin birbaşa satışı üçün ümumi dəyəri 50,8 milyon avro olan ixrac müqaviləsi imzalayıb. ASELSAN, həmçinin 2030-cu ildə dünyanın ən yaxşı 30 müdafiə şirkəti arasında yer almağı hədəfləyir.
ABŞ-də yerləşən, dünyanın ən nüfuzlu müdafiə sənayesi siyahısı sayılan “Defense News Top 100”də ASELSAN 42-ci yerdədir.
Ötən il “Papilon Savunma” 48,7 faiz, “Onur Yüksek Teknoloji” 45,8 faiz, “Otokar” 15,5 faiz dəyər qazandırıb, “SDT Uzay & Savunma Teknolojileri”nin səhmləri isə 20,7 faiz azalıb.
Sevinc Əliyeva
Ordu.az