Ordu.az xəbər verir ki, bu qərar Çində inşa edilən və gövdə nömrəsi 940 olan “El Moutassadi” adlı ilk gəminin 2023-cü ildə Əlcəzairə təhvil verilməsindən sonra açıqlanıb.
“El Moutassadi” Əlcəzairin “Type 056” sinfinə məxsus korvet tipli ilk döyüş gəmisi kimi qeydə alınıb.
“Type 056” sinfinə məxsus korvetlər Əlcəzair Hərbi Dəniz Qüvvələrinin (HDQ) modernləşdirilməsində kritik dönüş nöqtəsi kimi təsvir edilir.
Korvetin ölkədə istehsalının Əlcəzair HDQ-nin modernləşdirilməsində və parkın texniki qulluq prosesində daha avtonom quruluşu təmin edəcəyi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az