İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə toplantı keçirilib - FOTOLAR

2024/05/439f7-1716552641.jpg
Oxunub: 226     16:08     24 May 2024    
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə toplantı keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov Ali Baş Komandanımızın Azərbaycan Ordusunun qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsinin, döyüş qabiliyyətinin, şəxsi heyətin vətənpərvərlik ruhunun artmasından danışıb. Həmçinin toplantıda ölkəmizdə həyata keçirilən irimiqyaslı islahatların ordumuzun döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olduğu vurğulanıb, eləcə də 2024-cü ildə müvafiq sahədə görüləcək işlər barədə Müdafiə nazirinin tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb.

Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxış edərək şəxsi heyətin mənəvi-psixoloji səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və ordunun döyüş qabiliyyətinə təsir edən digər mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

Plana uyğun olaraq toplantıda informasiya təhlükəsizliyi, regionda və dünyada cərəyan edən ictimai-siyasi hadisələr və digər mövzular əsasında çıxışlar dinlənilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Müdafiə-Nazirliyi   Toplantı  


Bizi "telegram"da izləyin