Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb - FOTOLAR

2024/05/a510f-1715872577.jpg
Oxunub: 182     18:54     16 May 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Prezident sarayında rəsmi mərasimlə qarşılayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi "X" hesabında paylaşım edib.

İrakli Kobaxidze və Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş başlayıb.

Görüşlər zamanı iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələri başda olmaqla, qarşılıqlı münasibətlər müzakirə ediləcək. Regional və beynəlxalq əlaqələrin də gündəmdə olacağı görüşlərdə xüsusilə Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadilələrinin aparılması gözlənilir.

Sonra Türkiyə Prezidenti ilə Gürcüstanın Baş naziri mediaya birgə açıqlama verəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ərdoğan   Kobaxidze  


Bizi "telegram"da izləyin