Elnur Rzayev xəstəxanada müalicə alan şəhid anasını ziyarət edib - FOTOLAR

2024/05/whats-1715863643.jpg
Oxunub: 198     16:45     16 May 2024    
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Xaçmaz rayon prokuroru Rəşad Məmmədov Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid anası, Bibixanım Məmmədovanı ziyarət edib. Elnur Rzayev şəhid anasının səhhəti ilə maraqlanıb, şəfalarını diləyib, hər zaman onların yanında olduğunu bildirib.

“Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Səyyaf Tağıyev şəhid anasının səhhəti bağlı məlumat verərək bildirib ki, Bibixanım Məmmədovanın müayinə və müalicəsi uğurla davam etdirilir. Şəhid anası tezliklə sağalaraq evinə yola salınacaq.

Şəhid anası göstərilən həssas münasibətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqını ifadə edib.

Qeyd edək ki, Bibixanım Məmmədovanın oğlu Sərxan Mirzəməmmədov Vətən Müharibəsində şəhidlik ziravəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sərxan Mirzəmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şəhid-anası   Ziyarət  


Bizi "telegram"da izləyin