Səfərbərlik Xidmətinin rəisi Masallıda vətəndaşlarla görüşüb - FOTOLAR

2024/05/66449-1715771784.jpg
Oxunub: 414     14:57     15 May 2024    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov mayın 15-də Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Bu barədə Ordu.az-a xidmətdən bildirilib.

Qəbuldan əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Qəbulda 29 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar şəhid və şəhid ailəsi statusunun verilməsi, SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, təkrar tibbi müayinəyə cəlb olunma, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: SHXÇDX   Masallı  


Bizi "telegram"da izləyin