Şəhid Elşad Qayımovun yas mərasimi keçirilib - FOTOLAR

2024/05/db4aa-1715418398.jpg
Oxunub: 542     12:48     11 May 2024    
Xaçmaz rayonunun Hacıqurbanoba kəndində Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Qayımovun üç mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, şəhidimizin bir vaxtlar böyüyüb boya-başa çatdığı evdə təşkil olunan mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,yerli hüquq mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərləri, şəhid ailələri,qazilər və ictimayyət nümayəndələri iştirak edib.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıb.

Elşad Qayımovun yaxınları göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xaçmaz   Şəhid   Elşad-Qayımov  


Bizi "telegram"da izləyin