Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib - FOTOLAR

2024/05/663df-1715338647.jpg
Oxunub: 299     14:49     10 May 2024    
Mayın 10-u dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür.

Mədəniyyət nazirliyindən Ordu.az-a verilən xəbərə görə, Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət Nazirliyinin kollektivi də Heydər Əliyevin məzarını ziyarət edib.

Ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərmiş Ümummilli liderin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Mədəniyyət-Nazirliyi   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin