AZAL-ın kollektivi Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib - FOTOLAR

2024/05/663df-1715338536.jpg
Oxunub: 365     14:49     10 May 2024    
Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il ötür.

Ordu.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi dünya şöhrətli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət ediblər.

Ziyarətçilər Ulu öndərin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə güllər düzülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: AZAL   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin