Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib - VİDEO (FOTOLAR)
Oxunub: 543
10:38
10 May 2024
Mayın 10-da Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan xalqının Ümummilli Liderinin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.