Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO+FOTOLAR
Oxunub: 579
16:28
09 May 2024
Mayın 9-da Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbə münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyub.
Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bakı şəhərində keçirilən anım mərasimlərində, həmçinin Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə, Rixard Zorge, Qafur Məmmədovun abidələri və "Qardaşlıq Məzarlığı" da ziyarət olunub.
Bundan başqa hərbi hissələrdə 9 May - Qələbə Günü münasibətilə tədbirlər keçirilib.
Tədbirlərdə Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının şücaətindən danışılıb, onların əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.