Türkiyənin MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir - FOTOLAR

2024/05/60ee4-1715170826.jpg
Oxunub: 338     16:05     08 May 2024    
Türkiyə Respublikasının Milli MÜdafiə Universitetin nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Xarici tədris gəzintisi" çərçivəsində ölkəmizdə səfərdə olan türkiyəli qonaqlar Hərbi Dəniz Qüvvələrini ziyarət ediblər.

HDQ-nin qərargahında keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Daha sonra türkiyəli nümayəndələr Milli Müdafiə Universitetinə gəliblər. Burada qonaqlara Universitetin yaranma tarixi, əsas fəaliyyət istiqaməti, təhsil prosesi barədə brifinq təqdim edilib.

Görüşdə, həmçinin hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin