Azərbaycan Ordusunda növbəti ağacəkmə aksiyaları keçirilib - FOTOLAR

2024/03/717f1-1711202906.jpg
Oxunub: 396     15:34     23 Mart 2024    
Ölkəmizdə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən müxtəlif bölgələrdə yerləşən hərbi hissələrin ərazilərində növbəti ağacəkmə aksiyaları keçirilib.

Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar və gül kolları əkilib, abadlıq işləri aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu   Ağacəkmə  


Bizi "telegram"da izləyin