Ombudsman Aparatının nümayəndələri N hərbi hissəsində olublar - FOTOLAR

2024/02/83459-1709206865.jpg
Oxunub: 299     15:36     29 Fevral 2024    
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2024-cü il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsində olublar.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyəti hərbi hissənin ərazisindəki əsgər yataqxanası, yeməkxana, avtomobil parkı və digər obyektlərə baxış keçirib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

Qonaqlar, həmçinin tibb məntəqəsində müalicə alan hərbi qulluqçuların sağlamlıq durumları, o cümlədən tibbi xidmətlə də maraqlanıblar.

Hərbi qulluqçularla keçirilən görüşdə onların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Aparatın nümayəndələri hərbi hissədə yaradılan şəraiti, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətini, eləcə də ideoloji işlə bağlı icra edilən tədbirləri müsbət qiymətləndiriblər.

Sonda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə hərbi hissənin ərazisində müxtəlif növ ağaclar əkilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ombudsman-Aparatı   Hərbi-hissə  


Bizi "telegram"da izləyin