Ordu.az xəbər verir ki, Stoltenberq etdiyi çıxışında NATO-nun yeni texnologiyalarla ayaqlaşmaqda davam etdiyini bildirib.
“Dağıdıcı texnologiyaların sürətlə yayılması ilə biz yeni texnologiyalara, o cümlədən kvant sahəsinə daha da uyğunlaşmalıyıq”, - deyə o qeyd edib.
NATO-nun ilin sonuna qədər kvant strategiyası hazırlayacağını bildirən Stoltenberq NATO-nun imkanlarını doğru texnologiyalarla birləşdirərək, texnologiyaların düşməncəsinə istifadəsinə qarşı hazır olacağını vurğulayıb.
Stoltenberq daha sonra Danimarkanın müdafiə naziri Troels Lund Poulsen ilə birlikdə NATO-nun yeni sürətləndirici saytı olan “Deep Tech Lab-Quantum”un açılışını edib.
NATO-nun açıqlamasında bildirilib ki, Kopenhagendəki “Deep Tech Lab-Quantum” 2023-cü ildə istifadəyə veriləcək 5 pilot sürətləndirici saytdan biridir.
Sevinc Əliyeva
Ordu.az