Britaniya “Jackdaw” adlı yeni kamikadze tipli PUA-sını təqdim edib

2023/09/1695019057.jpg
Oxunub: 198     14:09     18 Sentyabr 2023    
Britaniyanın “QinetiQ” texnologiya şirkəti “Jackdaw” adlı yeni, ucuz, “birdəfəlik” Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, əsas əməliyyat mərkəzindən idarə oluna bilən PUA-lar həm pilotlu, həm də pilotsuz sistemlərlə işləmək qabiliyyətinə malikdir.

“QinetiQ”un məlumatına görə, “Jackdaw”un ən yaxşı xüsusiyyəti onun hava, dəniz və quru tətbiqləri üçün birdəfəlik istifadə olunan PUA olmasıdır.

Şirkət tərəfindən verilən açıqlamada qeyd olunub ki, aşağı qiymətli birdəfəlik xüsusiyyətlər komandirlərə lazım olduqda aktivləri qurban vermək imkanı verməklə əməliyyat çevikliyini artırır.

Yeni kamikadze tipli PUA 2025-ci ilin ortalarından bazara çıxacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Jackdaw   PUA  


Bizi "telegram"da izləyin