Səudiyyə Ərəbistanının yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN başçısına təqdim edib - FOTOLAR

2023/09/8a3c0-1694872598.jpg
Oxunub: 168     17:13     16 Sentyabr 2023    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib. Görüş zamanı səfir etimadnaməsinin surətini nazirə təqdim edib. C.Bayramov dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.

Bu barədə Ordu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Səudiyyə-Ərəbistanı   Azərbaycan  


Bizi "telegram"da izləyin