Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib - VİDEO+FOTOLAR (YENİLƏNİB)

2023/09/da1ae-1694801826.jpg
Oxunub: 460     23:05     15 Sentyabr 2023    
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

Ordu.az xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxışlar zamanı müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunun dünyanın hər zaman inkişafda olan müzəffər orduları sırasında dayandığı vurğulanıb, 44 günlük Vətən müharibəsi ilə tariximizə Zəfər Gününü yazan ordumuzun şəxsi heyətinin daim yüksək döyüş hazırlığına malik olduğu qeyd edilib.

Sonra hərbi qulluqçulara müxtəlif medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Sonda şəxsi heyətin tirbuna önündən təntənəli keçidi olub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Naxçıvan   İlk-milli-hərbi-hissə  


Bizi "telegram"da izləyin