Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

2023/09/0b82c-1694797927.jpg
Oxunub: 156     20:36     15 Sentyabr 2023    
Heydər Əliyev Mərkəzində MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqların iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Ordu.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Ulu öndərin adını daşıyan Mərkəzdə keçirilən tarixi tədbirdə Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi və misilsiz xidmətləri, dövlətçiliyin qorunması istiqamətində həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti, ölkəmizin hərtərəfli inkişafı ilə bağlı gördüyü işlər barədə qonaqlara məlumat verilib.

Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Əfsanəvi insan" adlı sənədli film nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ulu-öndər   Heydər-Əliyev   100  


Bizi "telegram"da izləyin