Ordu.az xəbər verir ki, iki mühərrikli quyruqsuz dizayn hazırlayan “Boeing” rəqabətdə “Mən də varam” deyir.
İstehsalçının hərbi qanadındakı “Phantom Works”, yəni “Gözəgörünməz İşlər” bölməsi sektor üçün bir çox yenilikçi dizaynlar yaradır.
Tanıtım videosunda pilotsuz “Phantom Ray”, “MQ-25 Stingray” və “MQ-28 Ghost Bat”dan əlavə yeni konsepsiya nümayiş etdirilib.
Təyyarənin yan və alt hissəsinin göstərildiyi videoda “Boeing” bu dizaynla 6-cı Nəsil xüsusiyyətlərinə malik Yeni Nəsil Hava Hakimiyyəti İnsanlı Təyyarə Layihəsində (NGAD) “Mən də varam” deyir.
Sevinc Əliyeva
Ordu.az