Düşənbədə dövlət başçılarının şərəfinə rəsmi qəbul verilib - FOTOLAR

2023/09/7c891-1694752771.jpg
Oxunub: 30109     23:47     14 Sentyabr 2023    
Sentyabrın 14-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sonra dövlət başçıları Tacikistanın təbii sərvətlərinin nümayiş olunduğu sərgiyə baxıblar.

Daha sonra prezidentlər çay süfrəsi arxasında söhbət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İlham-Əliyev   Tacikistan  


Bizi "telegram"da izləyin