Ordu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sərginin açılışına BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya, Cenevrə şəhərində mövcud beynəlxalq təşkilatların rəsmiləri, xarici ölkələrin səfirləri qatılıblar.
Tədbirdə açılış nitqi ilə çıxış edən BMT-nin Cenevrədəki Ofisinin (UNOG) baş direktoru Tatyana Valovaya sözügedən sərginin Azərbaycanın zəngin mədəniyyətinin, xalçaçılıq sənətinin daha yaxından tanıdılması imkanı yaratdığını diqqətə çatdırıb.
Ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan ibarət sərgi 12 gün ərzində BMT ofisinin ziyarətçilərinə açıq olacaq.
Ordu.az