Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Ordu.az-a verilən xəvərə görə, Parlamentin sədri, Mərkəzə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclis tərəfindən nəşr olunmuş kitabları hədiyyə edib. Sahibə Qafarova, mərkəz əməkdaşlarına və tədbir iştirakçılarına Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətləri haqqında geniş məlumat verib.
Milli Məclisin sədri, Mərkəzə həmçinin, "Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı təqdim edərək, Ermənistanın 30 illik işğalı zamanı şəhər və rayonlarımızda törətdiyi dağıntılar, vəhşiliklər barədə məlumat verib.
Daha sonra Milli Məclisin sədri Azərbaycan dilini öyrənən bolqar tələbələrlə görüşüb.
Spiker Sahibə Qafarova Mərkəzdə xatirə kitabını imzalayıb.