30 il əvvəl itkin düşən Əli Hüseynovun qalıqları Füzulidə dəfn olunub - YENİLƏNİB (FOTOLAR)

2023/09/e38b4-1694434417.jpg
Oxunub: 824     16:08     11 Sentyabr 2023    
Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib. Şəhidimiz valideynlərinin uyuduğu Aşağı Yağlıvənd kənd məzarlığında dəfn edilib.

Ordu.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin axırından başlayaraq könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.

Döyüş yoldaşlarının bildirdiyinə görə, Ə.Heseynov 1993-cü ilin avqustun 6-da Füzuli rayonunun Murquzlu istiqamətində gedən döyüşlərdə itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məsus olduğu təsdiqlənib.

***

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib.

Ordu.az-ın verdiyi xəbərə görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin axırından başlayaraq könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.

Ə.Heseynov 1993-cü ilin avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məsus olduğu təsdiqlənib.

Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Füzuli   Şəhid  


Bizi "telegram"da izləyin