İsxak Hersoq Azərbaycan səfirinin etimadnaməsini təqdim etməsi münasibətilə İlham Əliyevi təbrik edib - YENİLƏNİB

2023/03/64205-1679842920.jpg
Oxunub: 4611     20:12     26 Mart 2023    
İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə israilli siyasətçi tviterdə yazıb.

“Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın İsraildəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə təbrik edirəm! Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz üçün mühüm məqamdır”, - İsrail lideri sosial şəbəkədə qeyd edib.

***

Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidentinə təqdim edib.

Ordu.az xəbər verir ki, səfir bu barədə Twitter-də paylaşım edib.

O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   İsrail  


Bizi "telegram"da izləyin