Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb - FOTOLAR

2023/03/a13d9-1679723892.jpg
Oxunub: 3181     09:55     25 Mart 2023    
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən ölkəmizdə keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissənin şəxsi heyətinin, Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun, o cümlədən Britaniya Hərbi Məsləhətçi Təlim Qrupunun mütəxəssislərinin və dinləyicilərin iştirakı ilə kursu bitirənlərə sertifikatlar təqdim olunub.

Mərasimdə çıxış edənlər bu cür kursların qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, təlim qrupunun mütəxəssislərinin iştirakı ilə keçirilən kursda hərbi qulluqçulara Sülhə Dəstək Əməliyyatları, BMT-nin kodeksinə uyğun davranış qaydaları və silahla münaqişə hüququ, eləcə də digər mövzular üzrə praktiki təlimlər keçirilib .

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Çoxmillətli-Sülhü-Dəstək-Əməliyyatları-kursu  


Bizi "telegram"da izləyin