Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub - FOTOLAR

2023/03/1679254001.jpg
Oxunub: 439     23:10     19 Mart 2023    
Göyçayda Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub.

Ordu.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərini və qaziləri ziyarət ediblər.

Ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Yetmiş evdə qonaq olan polis əməkdaşları ailələrin qayğıları ilə maraqlanıb, bayram münasibətilə onları təbrik edərək gətirdikləri sovqatları ailələrə təqdim ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Göyçay   Şəhid  


Bizi "telegram"da izləyin