Naxçıvanda 11 Vətən müharibəsi iştirakçısı polis orqanlarına qəbul olunub - FOTO

2023/03/6415f-1679162710.jpg
Oxunub: 210     22:00     18 Mart 2023    
Martın 18-də Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Tədbirdə 11 nəfər Vətən müharibəsi iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Naxçıvan   Vətən-müharibəsi-iştirakçısı   Polis  


Bizi "telegram"da izləyin