İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

2023/03/1679140750.jpg
Oxunub: 219     15:44     18 Mart 2023    
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirlər davam etdirilir.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İkinci Şəhidlər xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib.

Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələri və yaxınlarının iştirak etdiyi aksiyada əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa olunub.

Ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə vermək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək, habelə şəhidlərimizin əziz xatirələrini əbədiləşdirmək məqsədilə keçirilən aksiyada həmişəyaşıl ağaclar əkilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MN   Şəhidlər  


Bizi "telegram"da izləyin