ADNSU-nun şəhid məzunlarının ailələri Novruz bayramı ərəfəsində ziyarət olunub - FOTOLAR

2023/03/adnsu-1679069280.jpg
Oxunub: 4564     19:36     17 Mart 2023    
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Novruz bayramı münasibəti ilə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunların ailələrini ziyarət ediblər.

Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində - Qazax, Ağstafa, Şəki, Oğuz, Neftçala və digər rayonlarda şəhid ailələrini ziyarət etmiş nümayəndə heyəti Vətən uğrunda canlarından keçmiş ADNSU məzunlarının ailələrinə rektor, professor Mustafa Babanlının salam və ehtiramını çatdırıb, onlara universitetdə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, universitet müntəzəm olaraq ADNSU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayacaq, onların problemlərinin həllinə kömək edəcək. ADNSU-da keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərdə şəhid ailələrinin daim arzuolunan qonaq olacaqları qeyd olunub və bildirilib ki, rektor Mustafa Babanlının tapşırığı ilə hər il Novruz bayramı ərəfəsində qəhrəmanların ailələri ziyarət olunacaq.

Sonra ADNSU-nun nümayəndə heyəti şəhid ailələrinə bayram sovqatını təqdim edib.

44 günlük Vətən müharibəsində ADNSU-nun 23 məzunu ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ADNSU   Şəhid  


Bizi "telegram"da izləyin