Hərbi institutun kursantları ilə praktiki təlim keçirilib - VİDEO+FOTOLAR

2023/03/c5e8a-1679043856.jpg
Oxunub: 6261     12:58     17 Mart 2023    
Heydər Əliyev adına Hərbi İnstitutun 2022-2023-cü tədris ili üçün hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə "praktiki dəniz təlimi" keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Əvvəlcə kursantlara şəxsi heyətin gəmidə davranış, təhlükəsizlik qaydaları və gündəlik fəaliyyəti izah edilib. Kursantlar gəmilərin döyüşə və səfərə hazır vəziyyətinə gətirilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas məqsəd kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Hərbi-institut   Praktiki-təlim  


Bizi "telegram"da izləyin