Xüsusi xidmət orqanlarının peşəkar əməkdaşı Maqsud Məmmədovun xatirəsi yad edilib - FOTOLAR

2023/03/maqsu-1678887727.jpg
Oxunub: 4918     17:32     15 Mart 2023    
Bu gün Azərbaycan Xüsusi Xidmət Orqanlarının əfsanələrindən biri Maqsud Əliövsət oğlu Məmmədovun 95 yaşı tamam olub.

Ordu.az xəbər verir ki, bu barədə Alyans Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai Birliyinin məlumatında deyilir.

Bildirilir ki, Maqsud müəllim peşəkar çekist, səriştəli əməliyyatçı olmaqla yanaşı, vəfalı dost və qayğıkeş ailə başçısı idi.

"Maqsud Məmmədov Ümummilli Lider Heydər Əliyevin etibar və etimadını qazanmış və uzun illər Ulu öndərin yaxın silahdaşlarından olmuşdur. Birliyimizin təsisçilərindən biri olan Maqsud müəllim, həmçinin, "Alyans"ın ilk sədri vəzifəsində çalışmışdır. Bu gün Birliyin rəhbərliyi və bir qrup üzvü Maqsud müəllimin ailə üzvləri ilə onun məzarını ziyarət etmiş, xatirəsini yad etmişlər.

Allah rəhmət eləsin", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər:


Bizi "telegram"da izləyin