İsveç səfiri Qubada olub - FOTOLAR

2023/03/64107-1678803276.jpg
Oxunub: 3624     18:03     14 Mart 2023    
Bu gün İsveç Krallığının Azərbaycan Respublikasındakı səfiri Tobias Lorentzson Quba rayonuna səfər edib.

Ordu.az-ın verdiyi məlumata görə, səfər çərçivəsində qonaq Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Daha sonra qonaq “Qədim Quba” xalçaçılıq müəssisəsi ilə tanış olub.

Bundan əlavə, səfir Tobias Lorentzson Dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, “Giləki” və “Altı Günbəz” sinaqoqlarını, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edəcək və “ABAD Factory” istehsalat kompleksi ilə də tanış olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   İsveç  


Bizi "telegram"da izləyin