Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərlərini Ermənistanın son təxribatları barədə məlumatlandırıb - FOTOLAR

2023/03/ccb09-1678558065.jpg
Oxunub: 3122     21:56     11 Mart 2023    
Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərləri ilə keçirdiyi görüşlərdə Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlumat verib.

Ordu.az xəbər verir ki, Sahibə Qafarova görüşlər zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranan reallıqlar barədə məlumat verib.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, o cümlədən müasir infrastruktur yaradılır, yeni yollar salınır, aeroportlar inşa edilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması üçün lazımi işlərin uğurla davam etdiyi diqqətə çatdırılıb.

Həmçinin, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana bir sıra təkliflər irəli sürməsi, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında danışıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Sahibə-Qafarova   Bəhreyn  


Bizi "telegram"da izləyin