İsrailin sabiq baş naziri Qubada olub - FOTOLAR

2023/03/640c5-1678529863.jpg
Oxunub: 5191     13:59     11 Mart 2023    
X Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn İsrailin sabiq baş naziri Ehud Olmert Qubada olub.

Ordu.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində qonaqla keçirilən görüşdə rayon haqqında ətraflı məlumat verilib.

İsrailin sabiq baş naziri Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı Qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi “Giləki” və “Altı günbəz” sinaqoqları ilə tanış olub.

Bildirilib ki, Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir yerlərdən biridir.

Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin