Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi feysbukda paylaşım edib.
"Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!", - paylaşımda qeyd olunub.
Bundan əvvəl də ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
Ordu.az