Azərbaycan könüllüləri Türkiyədə Sümeyye Ərdoğanla birgə zəlzələdən zərərçəkən qadınlara hədiyyələr təqdim edib - FOTOLAR

2023/03/89867-1678347245.jpg
Oxunub: 8117     11:18     09 Mart 2023    
Azərbaycan könüllüləri qardaş Türkiyədə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə çadır şəhərciklərində yaşayan qadınlara hədiyyələr təqdim edib.

Bu barədə Ordu.az-a Azərbaycanın Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, hədiyyələrin təqdim olunması zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan da könüllülərə qoşulub.

Qeyd edək ki, Azərbaycan könüllüləri artıq 1 aya yaxındır ki, Türkiyənin zəlzələ baş vermiş bölgələrində könüllü fəaliyyəti çərçivəsində zərərçəkmiş şəxslərə qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir və digər dəstəkverici xidmətləri göstərirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan-könüllüləri   Türkiyə  


Bizi "telegram"da izləyin