Əlahiddə Ümumqoşun Orduda avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib - VİDEO+FOTOLAR

2023/03/3c73a-1678257915.jpg
Oxunub: 6939     10:43     08 Mart 2023    
Əlahiddə Ümumqoşun Orduda istismarda olan arxa təminatı avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində istismarda olan arxa təminatı avtomobil texnikalarının texniki göstəricilərinin yüksək səviyyədə saxlanılmasına, həmçinin təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilib.

Hərbi qulluqçuların yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularının, səyyar soyuducuların, səyyar tipli çörək zavodlarının, su çənlərinin və səhra mətbəxlərinin cəlb edildiyi baxış-müsabiqəsində texnikalara gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb. Ən yaxşı nəticəni göstərən hərbi hissələr mükafatlandırılıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Əlahiddə-Ümumqoşun-Ordu  


Bizi "telegram"da izləyin