Ukrayna təyyarəsi ilə Türkiyəyə humanitar yardım çatdırılıb - FOTOLAR

2023/03/6401a-1677831923.jpg
Oxunub: 3132     12:10     03 Mart 2023    
Ukrayna təyyarəsi ilə Türkiyəyə humanitar yardım çatdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.

"Bu həftə Ukraynanın "Antonov AN-124" təyyarəsi son zəlzələlərdən zərər çəkmiş ailələrə kömək etmək üçün İncirlik Hava Bazasına 101 ton humanitar yardım çatdırıb. Bu yardım Fransa silahlı qüvvələri tərəfindən koordinasiya edilib, Ukrayna təyyarələri ilə çatdırılıb, Türkiyə və ABŞ hərbçiləri tərəfindən boşaldılıb. Çətin anlarda biz müttəfiq olaraq bir araya gəlirik", - Kuleba bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Yardım  


Bizi "telegram"da izləyin