Monteneqro nümayəndə heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR

2023/03/64004-1677742801.jpg
Oxunub: 2596     11:10     02 Mart 2023    
Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Ordu.az xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər düzüb, xatirələrini ehtiramla anıblar. “Türk şəhidliyi” abidəsini ziyarət edən nümayəndə heyəti “Şəhidlər" məscidində də olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Monteneqro   Azərbaycan  


Bizi "telegram"da izləyin