Ukraynalı parlamentarilər Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTOLAR

2023/02/63fde-1677586488.jpg
Oxunub: 4691     15:59     28 Fevral 2023    
Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri fevralın 28-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən xəbərə görə, nümayəndə heyəti, əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ukraynalı-parlamentarilər   Şəhidlər-xiyabanı  


Bizi "telegram"da izləyin