Binəqədidə tank mərmisi aşkarlanıb - VİDEO+FOTOLAR

2023/02/3cf4e-1677501265.jpg
Oxunub: 4021     16:14     27 Fevral 2023    
Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursat aşkar edilib.

Bu barədə Ordu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş başlıqlı 125mm-lik 1 ədəd BK71 tank mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Binəqədi   Tank-mərmisi  


Bizi "telegram"da izləyin